AVTO

Çirklli avtomobilə və ya nömrəyə görə cərimə varmı ?
24 SENTYABR
1524

Çirklli avtomobilə və ya nömrəyə görə cərimə varmı ?

2018-09-24 14:12:00

Artıq payız gəldi. Payız gəldisə, demək yağışlar da yağacaq.

Fins.az bildirir ki, Bakı küçələrinin yağışdan sonrakı vəziyyəti isə hamıya bəllidir. Zaman-zaman sürücülərə avtomobilin çikrli olmasına görə və ya nömrə çirkliliyinə görə xəbərdarlıq edilir. Bəs qanunda nəyə cərimə düşür ?

Ilk olaraq onu deyək ki, avtomobilin çirkli olması estetik bir məsələdir.  Avtomobil şəhər küçələrində təmiz olaraq şütüsə, daha yaxşı olar. Amma Bakı və ətrafı yollarının yağışdan sonra hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. Ona görə, yağış zamanı estetikadan söhbət gedə bilməz. Qanunda isə avtomobildə olan çirklə bağlı, konkret maddələr vardır. 

342.1.6 -cı maddədə 40 manat cərimə nəqliyyat vasitəsinin təkərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, o zaman nəzərdə tutulur. Yəni avtomobilinizdə olan palçıq yola dağıldığı zaman cərimə yazıla bilər. Bu avtomobilin çirkliliyinə görə deyil, məhz palçığın yola dağılması zamanı nəzərdə tutulan cərimədir. Adətən bu cür avtomobillər ya yük avtomobili olur, yada yolsuzluqdan çıxan avtomobillər.

Bəs yağış yağan zaman bunu sürücüdən tələb etmək olarmı ? Adi yollartda bunu tələb etmək mümkün deyil, çünki asfalt yollarda bir o qədər də palçıq olımur. Əsasən çirkli su olur. Əsas problem palçıq yoldan asfalt yola çıxan zaman baş verir.  Sürücü həmin zaman nə etməlidir ? İdealda asfalta çıxmazdan öncə təkərlərdə olan iri palçıq parçalarını təmizləməlidir. Axı təmizləməsək bu palçıq yola töküləcək, quruyacaq və asfalt örtüyünü korlayacaq. Yük avtomobilləri tikinti ərazisindən çıxanda təkərlərini yumalıdırlar. Amma çox zaman DYP inspektorları buna göz yumurlar.

Digər bir məsələ isə, çirkli nömrələrlə bağlıdır. Bəli, buna görə qaydalarda cərimə nəzərdə tutulub.

342.1.7 - Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat cərimə.

Bizdə adətən necə olur ? Yağış bitir, amma heç kim nömrəni təmizləmir. Saxlayanda isə yağışı bəhanə gətirir. Halbuki, yağış kəsdikdən sonra nömrəni təmizləmək olar. Lakin, yağış yağdığı zaman sürücüdən nömrənin təmiz saxlanmasını tələb etmək gülüncdür. Avtostop

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255