AVTO

Qafqazda ilk BMW-nin sahibi Tağıyevdir
21 SENTYABR
1544

Qafqazda ilk BMW-nin sahibi Tağıyevdir

2018-09-21 10:24:00

Qafqazda ilk BMW-nin sahibi azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

Fins.az-ın məlumatına görə, bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, Azərbaycanda 1912-ci ilə qədər avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmayıb:

"1912-ci il yanvar ayının 30-da Şəhər Upravası avtomobil sahiblərinə rəsmi məktub göndərərək, şəhər xəzinəsinə qeyd olunan rüsumu ödədikdən sonra müvafiq dövlət nömrə nişanı əldə etmələri ilə bağlı qərarı açıqlayır. Bu faktın ən maraqlı tərəfi o vaxt üçün öz avtonəqliyyat vasitəsinə görə ən iri rüsumu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ödəməsi olur - 120 rubl"-deyə N.Allahyarova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256