AVTO

Sürücülərə xəbərdarlıq – 20 gündən bir 50 manat cərimə gələcək
20 SENTYABR
8087

Sürücülərə xəbərdarlıq – 20 gündən bir 50 manat cərimə gələcək

2018-09-20 16:48:00

Rusiya və digər MDB ölkələrində istehsal olunan, eləcə də xarici istehsal olan avtomobillərin texniki baxış müddəti başa çatıb.

Fins.az avtosfer-ə istinadən xəbər verir ki, artıq sentyabrın 1-dən yük və sərnişin avtobuslarının texniki baxış prosesi həyata keçirilir. Lakin digər mink avtomobillərinin də texniki baxışı davam etdirilir. Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qrafikinə əsasən bu prosedurlar həyata keçirilir. Lakin texniki baxışla bağlı qanunvericiliyə edilən dəyişikliyə görə, avtomobilini texniki baxışdan keçurməyən sürücü elektron qaydada protokolla cəzalandırılacaq. Bəs görəsən bu, hansı hallarda olur? 

Məsələn, sürücü ötən il sentyabrın 17-də nəqliyyat vasitəsini texniki baxışdan keçirib. Artıq bu il sentyabrın 17-də həmin avtomobilin texniki baxış müddəti başa çatmış sayılır. Həmçinin sürücüyə əlavə olaraq 20 gün vaxt verilir. Bu müddət ərzində, yəni oktyabrın 7-də nəqliyyat vasitəsi texniki baxışdan keçməlidir. Əgər bu olmazsa, o zaman hər 20 gün müddətində sürücü barəsində elektron qaydada inzibati protokol tərtib olunacaq və 50 manat miqdarında cərimə ediləcək. 

Bu baxımdan Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyə tələssinlər. Əks halda müddətin bitdiyi gündən 20 gün sonra barələrində elektron protokol tərtib olunacaq. Bu, qanunvericiliyin tələbidir və hər 20 gündən bir təkrarlana bilər.

Əgər nəqliyyat vasitəsi istifadə olunmursa və qarajda saxlanılırsa hər hansı protokolun tərtibindən söhbət gedə bilməz.

DYP-dən bildirilib ki, artıq bu günədək texniki baxışdan keçməməyə görə 300-dən artıq sürücü barəsində elektron protokol tərtib edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259