AVTO

Məşhur aparıcılar Azərbaycanda avtomobilləri sınaqdan keçirdəcək
12 SENTYABR
644

Məşhur aparıcılar Azərbaycanda avtomobilləri sınaqdan keçirdəcək

2018-09-12 16:37:00

"Top Gear" televiziya proqramının tanınmış sabiq aparıcıları - Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Böyük Britaniyanın "The Grand Tour" proqramı çərçivəsində Azərbaycan ərazisində yeni avtomobillərin test-drayvlarını həyata keçirəcək.

Fins.az xəbər verir ki, bu barədə "Report" Britaniya KİV-inə istinadən xəbər verir. Proqramın çəkilişləri oktyabrın 4-dən 10-dək baş tutacaq. Məşhur ekspertlər 3 avtomobili - "Aston Martin DBS Superleggera", "BMW M850i" və "Bentley Continental GT" markalı maşınları ölkənin beş müxtəlif şəhərinin küçələrində test edəcəklər. Avtomobillər Böyük Britaniyadan xüsusi təyyarə ilə gətiriləcək. Proqramın prodüserləri və müəlliflərinin sözlərinə görə, yeni avtomobillərin Azərbaycandakı test-drayvı xüsusilə möhtəşəm və cazibədar olacaq, tamaşaçıları isə aparıcılardan əyləncəli və şən sınaqlar gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258