AVTO

Jaguar şirkəti klassik E-Type sportkarının elektrik variantını istehsal edəcək
29 AVQUST
96

Jaguar şirkəti klassik E-Type sportkarının elektrik variantını istehsal edəcək

2018-08-29 11:12:00

Jaguar şirkəti klassik E-Type sportkarının elektrik variantını kiçik seriya ilə istehsal etmək qərarına gəlib. Orijinal avtomobillərin sahiblərinə onların avtomobillərini elektrik ötürməsinə keçirilməsi də təklif ediləcək. Lakin, modelin autentikliyini qoruyub-saxlamaq üçün bu prosesi əks istiqamətdə də etmək mümkün olacaq.

Fins.az-ın məlumatına görə, keçən ilin sentyabrında istehsalçı Jaguar E-Type elektrik modelinin konsept variantını təqdim etmişdir. Rodster bir pilləli reduksiyalı ötürməsi olan 299 at qüvvəli elıektromotorla hərəkətə gəlirdi.

Mühərrikin qidalandığı 40 kilovat-saatlıq litium-ion batareyası ilə transmissya tonelində yerləşdirilmişdir. Bundan başqa, E-Type Zero işıqdiodlarından fənərlərə, müasir rəqəmsal cihazlar panelinə və multimedia sisteminə sahib olacaqdır.

Yerindən 100 km/saat həddini elektrik sportkar 5,5 saniyəyə toplayır. Dolu batareya ilə avtomobil 270 kilometr məsafə qət edə bilər. Batareyaların doldurulmasına 6-7 saat tələb olunur.

Elektrokarın texniki xarakteristikaları və qiyməti hələlik açıqlanmayıb. İstehsalçı markanın müştərilərinin belə avtomobili əldə etməkdə çox maraqlı olduqlarını qeyd edib. İlk sifarişçilər elektromobili 2020-ci ilin yazında alacaqdırlar.

Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253