AVTO

BMW şirkəti Mercedes-Maybach modelinə rəqib hazırlayacaq
24 AVQUST
457

BMW şirkəti Mercedes-Maybach modelinə rəqib hazırlayacaq

2018-08-24 12:18:00

BMW şirkəti Mercedes-Maybach modelləri ilə rəqabət apara biləcək 9-Series bayraqdar modelini buraxmaq imkanını nəzərdən keçirir.

Fins.az-ın məlumatına görə, alman istehsalçısının model cərgəsində belə bir modelin peyda olacağına Autocar dərgisinə müsahibəsində BMW qrupunun dizayn üzrə vitse-prezidenti Ədriən Van Hoydonk işarə vurub.

"Biz 8-Series ilə kifayətlənmək niyyətində deyilik, - Hoydonk bildirib. - Bizim işimiz şirkətimizin hazırda inşa etmək iqtidarında olduğundan daha çox model yaratmaqdan ibarətdir. Komandamızın böyük planları mövcuddur. Hazırda 2030-cu ilə qədər olan model xətti üzərində işləyirik"

BMW 9-Series modelinin əsasını 8-Series modelində istifadə edilən modul platformasına bənzər platforma təşkil edəcəkdir. Mühərrik çeşidi də bənzər olmalıdır. Bunlar 320 at qüvvəsinə və 680 Nm fırlanma anına malik olan 3,0-litrlik dizel aqreqatı, həmçinin 530 at qüvvəli 4,4-litrlik V8 biturbo benzin mühərrikidir.

Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253