AVTO

Bugatti şirkəti Divo modelinin yeni tizerini dərc edib
21 AVQUST
323

Bugatti şirkəti Divo modelinin yeni tizerini dərc edib

2018-08-21 11:58:00

Bugatti şirkəti Divo hiperkarının yeni təsvirini yayıb.

Fins.az-ın məlumatına görə, sonuncu tizaedə avtomobilin ümumi proporsiyaları və profilini görmək olar. Bugatti Chiron hiperkarının bazasında inşa edilən modelin kütləvi debütü avqust ayının 24-ü tarixinə planlaşdırılıb.

Bugatti şirkəti 40 ədəd Divo hiperkarını buraxmağı nəzərdə tutub. Hər bir hiperkarın qiyməti beş milyon avro təşkil edəcək. Bugatti Divo modeli bazasında yaradıldığı Chiron hiperkarından təkmilləşdirilmiş aerodinamik "dayağı" ilə seçiləcək. Avtomobil təkmilləşdirilmiş ön splitterə, iri arxa antiqanada və diffuzora sahib olacaq.  Böyük ehtimalla Bugatti Divo 1500 at qüvvəsi hasil edən və dörd turbokompressora malik olan 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gələcək.

Güc aqreqatı yarış transmissiyası ilə tandemdə çalışacaqdır. Yaxşılaşdırılmış aerodinamika və azaldılmış çəki sayəsində Divo döngələrdə daha stabil olacaq.

Eyni zamanda, hiperkar sürətlənmə də Chiron Sport modelindən yeyin olacaq. Bir müddət bundan əvvəl Bugatti şirkəti Divo modelinin çoxbölümlü arxa fənərlərini və aerodinamik kuzov dəstinin bir hissəsini nümayiş etdirib.

Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253