AVTO

Zibilliklərdə çürüməyə başlayan və metalloma verilmək üçün yığılan avtomobilləri yeniləyib satır - FOTO
21 AVQUST
1423

Zibilliklərdə çürüməyə başlayan və metalloma verilmək üçün yığılan avtomobilləri yeniləyib satır - FOTO

2018-08-21 11:03:00

Türkiyənin Ərzincan şəhərində yaşayan Metin Köksal adlı avtomobil ustası ölkənin dörd bir tərəfindən əzilmiş, yararsız hala düşmüş retro avtomobilləri alaraq yeniləyir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Metin aldığı avtomobillərin hissələrini orijinal ehtiyat hissələri ilə dəyişir. 42 yaşlı usta bu işin pul ilə ölçülə bilməz olduğunu deyib: “Zibilliklərdə çürüməyə başlayan və metalloma verilmək üçün yığılan avtomobilləri toplamaq, onlara yenidən nəfəs vermək maddiyatla yanaşı zəhmətli və uzun müddət davam edən prosesdir”.

26 ildir usta işləyən Metin klassik avtomobillərə uzun müddət davam edən prosesdən sonra yenidən nəfəs verir və əvvəlki halına qaytarır. 3 uşaq atası olan usta avtomobillərin adi şrupuna qədər söküb yenisi ilə əvəz edir.

Onun usta işləmiş atası Nüsrət Köksal 1979-cu ildə 1964-cü il model “Citroen 2CV Döşova” modeli avtomobil alıb və bu işin təməlini qoyub. Bu günə qədər isə Mətin 5 avtomobili yeniləyib. Iki il ərzində bu işə 40 min lirə (15 min manata yaxın) pul xərcləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257