AVTO

Ağıllı "doldurucu" robot təqdim olundu - VİDEO
21 AVQUST
110

Ağıllı "doldurucu" robot təqdim olundu - VİDEO

2018-08-21 10:00:00

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası "BMW", "MAGNA Steyr Engineering", "KEVA" şirkətləri və Avstriya Avtomobil Mühəndisləri Cəmiyyətində çalışan həmkarları ilə birgə KoMoT (Komfortable Mobilität mittels Technologieintegration) layihəsi çərçivəsində elektrik avtomobillərinin identifikasiyası və enerji ilə doldurulması üçün avtomatlaşdırılmış sistem hazırlayıblar.
 
Fins.az ICTnews-a istinadən bildirir ki, enerjidoldurma stansiyasının tərkibinə bir neçə kamera daxildir. Sistem bu kameraların köməyi ilə nəqliyyat vasitələrinin tipini müəyyənləşdirir.
 
Sözügedən sistem kameralardan əldə edilmiş təsviri təhlil edərək avtomobilin modelini müəyyənləşdirir, enerjidoldurma portunu tapır, tipini müəyyənləşdirir, daha sonra müvafiq kabel seçir və bir neçə dəqiqə sonra enerji doldurmağa başlayır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249