AVTO

Maşını qaza keçirməyin üstünlükləri və mənfi cəhətləri
20 AVQUST
4111

Maşını qaza keçirməyin üstünlükləri və mənfi cəhətləri

2018-08-20 13:34:00

Avtomaşına qaz yanacağı avadanlığının quraşdırılması avtomobil həvəskarları arasında mübahisə mövzusu olaraq alır.

Qaz yanacağından istifadənin əleyhdarlarının əsas arqumenti ondan ibarətdir ki, qaz partlayış təhlükəsi doğurur və xoşagəlməz qoxu verir. Əslində qaz qatışığının iyi olmur, amma qaz sızmasını aşkara çıxara bilmək üçün onu “odorasiya” deyilən əməliyyata məruz qoyurlar, yəni ona spesifik qoxu verirlər. 

Fins.az- bildirir ki, sistemin tam hermetik olduğuna baxmayaraq, həmin xoşagəlməz qoxu bəzən salona daxil olur. 

Bu qüsuru asanlıqla aradan qaldırmaq olar: ən azı ayda bir dəfə kondensatı xüsusi qaba boşaltmaq və bu əməliyyat zamanı istifadə edilmiş əski parçalarını avtomobilin salonunda saxlamamaq lazımdır. Bəzən xoşagəlməz qoxunun səbəbkarı səsboğucudan çıxan qazlar olur. Amma açığını desək, benzinin iyi də bir o qədər xoşagəlməzdir. 

Ümumiyyətlə, qaz balonu sistemi əsasında işləyən avtomobil adi avtomobildən çox da fərqlənmir. Sadəcə olaraq qaz yanacağının xüsusiyyətlərini bilmək və mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır. Qazla işləyən avtomaşın üçün ən problemli məqam mühərrikin işə salınmasıdır. İnjektorlu aqreqatı olan avtomobil həmişə benzinlə işə düşür. 

Karbürator mühərrikinə gəldikdə isə, burada bəzi xırdalıqlar var. Əgər avtomobil yalnız ilin isti vaxtlarında istismar olunursa, onda çəkinmədən qaz yanacağına keçə bilərsiniz. Amma avtomobildən mənfi temperaturlarda istifadə edirsinizsə, onda yaxşı olar ki, onu uzun müddət (fərqi yoxdur, istər bir aylığa, istərsə də bir gecəliyə) “dincəlməyə” qoymazdan əvvəl qabaqcadan benzin yanacağına keçirəsiniz. Bu, mühərrikin işə salınmasını xeyli asanlaşdırar. 

Qaz yanacağından istifadə zamanı mühərrikdə səs-küy nisbətən az olur və detonasiya olmur. Bunun səbəbi odur ki, qazda oktan göstəricisi duru yanacağa nisbətən çoxdur (təxminən 100 vahid). Qazın özünəməxsus cəhətləri və yanacaq sisteminin konstruksiya xüsusiyyətləri ucbatından mühərrikin gücü 5-7% aşağı düşür və sürətyığma dinamikası pisləşir, amma avtomobil şəhərdə istismar edildikdə bu fərq o qədər də nəzərə çarpmır. 

Avtomaşında qaz yanacağı qismində məişət yanacağından istifadə etməyə dəyməz, onun təyinatı tamam başqadır. Balonun lazımi səviyyədən artıq doldurulmasına da yol vermək olmaz, çünki bu zaman təzyiq artır, bu isə təhlükəlidir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258