AVTO

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
16 AVQUST
253

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

2018-08-16 17:03:00

2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.

Fins.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 31,3 dəfə artıb, maşın və avadanlıqların istehsalı 15,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 880 ədəd traktor, 269 ədəd minik avtomobili istehsal olunub.
 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249