AVTO

Azərbaycanda avtomobillərin qeydiyyat rüsumu dəyişdi - QİYMƏTLƏR
02 AVQUST
2727

Azərbaycanda avtomobillərin qeydiyyat rüsumu dəyişdi - QİYMƏTLƏR

2018-08-02 17:09:00

Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğlərini müəyyən edib.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

2.1.2. 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

2.1.3. 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

2.1.4. 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat;

2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: 2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0; 2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8; 2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259