AVTO

Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək
01 AVQUST
305

Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək

2018-08-01 18:00:00

Naxçıvan Avtomobil Zavodunda avqust ayından etibarən təcili tibbi yardım avtomobilləri istehsal ediləcək.  Hazırda müəssisədə premium sinif avtomobillərinin yeni modelləri istehsal olunur.

Zavodda “NAZ-Lifan-330” modelində olan avtomobillərin istehsalı həyata keçirilir. Müştəri rəğbəti qazanan yolsuzluq avtomobili sayılan X60 modelində olan avtomobillər isə yeni dizaynda daha da təkmilləşdirilmiş formada yığılır. Zavodda istehsal olunan premium sinif avtomobillərin yeni modellərində müəyyən dəyişikliklər aparılıb. Belə ki, bu yeni model avtomobillər əvvəlkilərdən fərqli olaraq həm avtomat, həm də mexaniki sürət qutusu ilə təchiz olunub. Bu da müştərilərə geniş seçim imkanı verir.

Yaxın günlərdə zavodda “Lifan”ın yeni 650 modellərinin də istehsalı nəzərdə tutulub. Bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257