AVTO

“Qaz-21” idman avtomobili qiymətinə satılır - FOTO
27 İYUL
330

“Qaz-21” idman avtomobili qiymətinə satılır - FOTO

2018-07-27 16:01:00

“Ötən əsrdən salam” – bu məlumata məhz bu adı vermək olar. Bakıda avtomobil alqı-satqısı saytlarından birində 1958-ci il buraxılışı olan avtomobillə bağlı elan yerləşdirilib. 

Söhbət “Qaz-21” avtomobilindən gedir. Elanın mətnində deyilir: “Maşın saz vəziyyətdədir. Bütün detalları zavod istehsalıdır”. 

SSRİ-nin ən məşhur avtomobillərindən olan “Qaz-21”in satış qiyməti isə 27 500 manat və ya 16 min dollardır. 

Xatırladaq ki, bu qiymətə həmin saytda “Chevrolet Camaro” idman avtomobilini almaq mümkündür:

Necə deyirlər, “Klassika ölmür”. (oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256