AVTO

Təhlükəsizlik kəməri ilə bağlı 5 əsas fakt
24 İYUL
266

Təhlükəsizlik kəməri ilə bağlı 5 əsas fakt

2018-07-24 12:07:00

Bu gün bir çox sürücülər təhlükəsizlik kəmərini cərimə olunmamaq üçün taxır. İndiyənə qədər - "Ürəyim sıxılır", "Öz canımdır, özüm bilərəm", "Öyrəşməmişəm" deyənlərə rast gəlirik. Təhlükəsizlik kəməri haqqında 5 əsas faktı mütləq bilməlisiniz. Çünki həyatınız ondan asılıdır.  

1-ci fakt: Təhlükəsizlik kəməri hadisələrin 70 faizində sərnişini xilas edir.

Təhlükəsizlik kəməri hadisələrin 70 faizində ölümdən xilas edir. Başqa sözlə desək, təhlükəsizlik kəmərini bağlamaqla siz 2.4 dəfə sağ qalmaq şansınızı artırırsınız. Alın toqquşması zamanı həlak olma şansı 2.3 dəfə artır. Yandan toqquşma zamanı 1.8, aşma zamanı isə 5 dəfə sağ qalmaq şansınız olacaq.

 2-ci fakt : Hətta 25 km/s -da xəsarət ala bilərsiniz.

Bəziləri hələ də hesab edir ki, asta sürətdə kəmər taxmaya bilərlər. Mən sizin nəzərinizə rəqəmləri çatdırmaq istəyirəm. "Volvo" şirkətinin mütəxəssisləri keçirdikləri təcrübəyə əsasən iddia edirlər ki, hərəkətsiz maneə ilə saatda 25 km sürətdə toqquşma zamanı alınan xəsarət, qəfildən stuldan yıxılıb zədə almağa bərabərdir. Saatda 40 km sürətdə toqquşma isə, üst-üstə yığılmış 9 stuldan yıxılmağa bərabərdir. Hamıya adi görünən saatda 10 km sürətdə insanın çəkisi 1 tona yaxın olur. Körpə uşaq isə təqribi 200 kq olur. Onu əldə saxlamaq praktiki olaraq mümkün deyil.

Təsəvvür edək ki, siz saatda 30 km sürətlə hərəkət edirsiniz və sizinlə eyni aşağı sürətdə hərəkət edən avtomobillə toqquşma baş verir. Hər iki avtomobil üçün toqquşma gücü saatda 60 km sürətlə hərkətsiz maneə ilə toqquşmaya bərabərdir. Bədən çəkisi 3.4 ton təşkil edir. Bu 6-cı mərtəbədən asfalta üzü üstə düşməyə barabərdir. Özünüzün sağ qalmaq şansını nə qədər qiymətləndirirsiniz ? Şərti olaraq saatda 80 km sürət 9-cu mərtəbədən, 90 km sürət 12-ci, 110 km sürət 16 mərtəbəli binadan düşməyin alternatividir. 

3-cü fakt: 80% hadisələr şəhərdə baş verir.

Statistikaya inansaq, hadisələrin 80%-i şəhərdə və saatda 65 km sürətdə baş verir. Bu sürət sizin 6-cı mərtəbədən yıxılmağınıza bərabərdirsə, bu statistika sizə nə deyir ? Və siz hələ də hesab edirsiniz ki, şəhərdə təhlükəsizlik kəməri bağlamaq lazım deyil ?

Statistika bizə başqa məqamı da xatırladır: Hadisələrin 3-də 1-i evdən 40 km uzaqlıqda baş verir. Şəhərin bir tərəfindən başqa bir tərəfinə getmək, rayona getməkdən daha risklidir.

 4-cü fakt: Təhlükəsizlik yastığı saatda  300 km sürətlə açılır.

Avtomobillərin müasir təhlükəsizlik sistemləri çox ağıllıdır. Kəmərlər üç nöqtəlidir, inersiyalıdır, dartqılı və idarə ediləndir. Hər bir müasir avtomobildə kəmər taxılmadıqda siqnal verən qurğu mövcuddur. Bizim sürücülərin bir çox bu səsi kəsmək üçün bloklayıcı taxır və ya kəməri arxalarına keçirdirlər. Bu hərəkətlə sürücü özü üçün qəbr qazır. Toqquşma zamanı kəmər taxılmasa, yastığın açılmama ehtimalı var. Bu vəziyyətdə isə kəmər taxılmış hesab edilir və saatda 300 km sürətlə açılan yastıqla toqquşma Mayk Taysonun yumruğuna tuş gəlməyə bərabərdir. Üstəgəl sizin çəkiniz 10 dəfəyə qədər artır. Nəticədə bu yalnız burun qırılması olmayacaq. Təhlükəsizlik yastığı yalnız təhlükəsizlik kəməri ilə paralel çalışdıqda xilas edə bilər. Təhlükəsizlik kəməri əsas təhlükəsizlik vasitəsidir, təhlükəsizlik yastığı isə köməkçi. Kəmər insanı yastıqla toqquşmaya qədər tormozlayır, yastıq açılandan sonra insan yastığa dəyir və onun havası çıxır. Əgər bu tormozlama olmasa, yastıq açılan zaman ağır xəsarətlər ola bilər. 

5-ci fakt: Ölüm anındaca baş verir.

Saatda 80 km sürətdə toqquşma zamanı kəmər taxmayan sərnişin sağ qalmaq ehtimalı 0-a bərabərdir.

Zərbənin başlanğıcında avtomobilə inersiya qüvvəsi təsir edir və bu avtomobilin çəkisindən 30 dəfə çox olur. Salonda  sərnişinlər saatda 80 km sürətlə hərəkət edirlər. 0.05 saniyədə hər bir sərnişinə çəkisindən 80 dəfə çox olan qüvvə təsir etməyə başlayır. Yəni insanın çəkisi 6 ton olur. 0.068-ci saniyədə öndə oturan sərnişinlər sükana və alətlər panelinə dəyirlər. 0.092-ci saniyədə isə alın şüşəsi ilə "görüşmə" baş verir. 0.113-sü saniyədə arxadakı sərnmişinlər ön kresloya dəyir və onu sındıraraq alın şüşəsindən çıxırlar. 0.024-cü saniyədə arxa sərnişinlər elə bir qüvvə ilə arxa atılırlar ki, onlar başları ilə avtomobilin damını deformasiyaya uğradırlar. Vəssalam. SON!!!

Statistikaya əsasən bu cür qəzalarda 100 adamdan 2-i sağ qalır. Onlar isə çox ağır bədən xəsarətləri alırlar.

Siz yenə də kəmər taxmamağa israrlısınız ? 

(avtostop.tv)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259