AVTO

AvtoVaz bu modeli yenilədi
23 İYUL
567

AvtoVaz bu modeli yenilədi

2018-07-23 17:37:00

AvtoVaz şirkəti yenilənmiş Lada Granta modelinin ilk fotoşəkillərini dərc edib. Yenilənmiş sedanın kütləvi təqdimat mərasimi avqust ayının sonunda işinə başlayacaq Moskva avtosalonunda keçiriləcək. Granta modelinin dizaynı Lada Vesta modelində debüt etmiş yeni “X” firma üslubuna uyğunlaşdırılıb. İlk növbətə avtomobilin ön hissəsinin dizaynı dəyişib. Sedan yeni ön fənərlərə, iri loqotipi olan böyük radiator barmaqlığına və yeni bamperə sahib olub. Yan güzgülərin gövdələrində isə dönmə quraşdırılıb.

Avtomobil yan tərəfdən heç bir dəyişikliyə məruz qalmayıb. Arxada isə nömrə yeri bamperdən baqaj qapağına keçirilibdir. Eyni zamanda arxa bamper və fənərlərin tərtibatı da yenilənmişdir. İstehsalçının fikrincə bu dəyişliklər arxa hissənin “vizual çəkisini” azlatmağa xidmət edir.

Modelin texniki hissəsi barədə məlumat verilməyib. Lada Granta modeli 87, 98 və 106 at qüvvəsi təklif edən 1,6-litrlik mühərriklər ilə təklif edilir.

Granta Sport modifikasiyası üçün isə 114 at qüvvəli mühərrik də nəzərdə tutulmuşdur.

Güc aqreqatları beş pilləli mexaniki və dörd diapazonlu avtomatik qutu ilə təchiz edilirlər.

Yeni nəsil Lada Granta modeli 2021-ci ildə işıq üzü görməlidir. Yeni sedan Renault Logan üçün istifadə edilən modernləşdirilmiş B0 platformasında inşa ediləcəkdir. (Autograph)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259