AVTO

Çəngəl və ütü - Bentley zavoduna səyahət
23 İYUL
339

Çəngəl və ütü - Bentley zavoduna səyahət

2018-07-23 10:26:00

Bentley Motors-a səyahətdən öncə, mən yeni Bentley Bentayga V8-i test etmişdim. Və çox keçmədi ki, məni Bentley Baku-nun dəstəyi ilə Böyük Britaniyaya dəvət etdilər. Artıq zaman çatmışdı. Bentley-in hasarından boylanaraq bu lüks avtomobillər necə istehsal olunur, görmək lazım idi.

Mançester şəhərinə çatanda məni "Bentley Mulsan" ilə qarşıladılar. Mən ikinci dünya müharibəsindən öncə yaranan, Formula 1-dən əvvəl doğulmuş bir avtomobillə hərəkət edirdim. Bu avtomobil atom bombasından, kineskopadan, kosmosa uçuşdan, diyircəkli qələmdən öncə yaranıb. Bu Bentley-dir.

Hətta zavodda yerləşən Bentley muzeyi də markadan cavandır.

Mən ilk dəfədir ki, belə bir səyahətə gedirdim. Bentley Motors Çeşir vilayətinin Kryu qəsəbəsində yerləşir. Beləliklə biz Bentley zavoduna yola düşdük.

İlk olaraq bizi Bentley Motorsu-un tarixi ilə tanış etdilər. Zadəgan avtomobili kimi ixtisaslaşan Bentley Motors 1919 cu ildə Uolter Ouen Bentley tərəfindən yaradılıb. O. ilk 3 litrlik mühərrikli avtomobilini 19-cu ilin payızında London avtosərgisində göstərib. İlk vaxtdan Bentley məhz prestijli avtomobil istehsalını özü üçün hədəf seçmişdi. 3 litrlik mühərrik hər kəs üçün əl çatan deyildi. Üstəgəl 5 illik zəmanət bu avtomobili varlı insanların əldə etməsi üçün zəmin oldu. Avtomobil elə 3L adlanırdı. Bu, mühərrikin həcminə işarə edirdi.

Benley tarix muzeyində- buranı belə də adlandırmaq olar - 20 dəqiqə ərzində bu markanın zəngin tarixi haqqında bütün məlumatları əldə edirsən.

İndi isə keçək zavoda.

Bu zavod Kru qəsəbəsi yaxınlığında kartof sahəsində tikilib. Yer iri şəhərlərdən kənarda amma dəmiryol və avtomobil yolu qovşaqlarının yanında xüsusi olaraq seçilib. İlk olaraq bu zavod Rolls Royce aviasiya mühərriklərinin istehsalı üçün nəzərdə tutulmuşdu. Tikintidən 5 ay sonra 12 silindrli Merlin mühərriki istehsal edilir. Kryu-da yerləşən bu zavod dünyada 12 silindrli mühərrik istehsal edən nadir zavodlardan biridir. Amma artıq təyyarələr üçün deyil avtomobillər üçün.

Bu zavodda 4000-ə yaxın insan çalışır. Zavodun ümumi sahəsi 521,111m2 , işçilik sahəsi isə 166,930m2 -dir. Burdada 20,815 günəş enerjisi paneli quraşdırılıb ki, bu da zavodun 40% enerjisinin təmin edilməsidir.  Bu zavodda gündəlik 26 Continental və Flying Spur, 5 Mulsan və 31 Bentayga istehsal edilir. Startdan finişə qədər bir Bentayganı hazırlamaq üçün 130 saat vaxt tələb edilir. W12 mühərrikinin üzərində 30 nəfər, 13 saat vaxt sərf edirlər.

Əgər siz burada kiməsə bu mühərikin Volkswagenin olduğunu desəniz xətrlərinə dəyər. Bu mühərrikıər burada çoxdan istehsal edilir. Hətta Audi və Volkswagen üçün mühərrik buradan gətilir. Sadəcə almanlar üçün atmosfer mühərriki olur. Bentley üçün əlavə 2 turbin bağlanılır.

İlk olaraq bizi taxta emalı sexi ilə tanış etdilər. Bentley-də avtomobildə nə taxta kimi görünürsə, taxtadır, nə metal kimi görünürsə el' metaldır. Əvəzetmələr yoxdur. Taxta emalı sexində iş həqiqətən çoxdur. Hər avtomobil üçün detallar fərqlidir. Burada taxta kəsimi, onun kəsim rəsmlərinin emalı, düzəldilməsi və yerləşdirilməsi haqqında saatlarla danışa bilərlər. İlk olaraq ağaclar özəl olaraq seçilir. Daha sonra ağacın kəsim rəsmlərinə uyğun formaya salınır. Və bu formaya salma və emal prosesi ancaq əllə aparılır. Buradakı ustalar gözüyumlu taxtaya istənilən formanı verə bilərlər. Yeri gəlmişkən zavodda 30 ildir çalışan ustlarla yanaşı onların yanına öyərnməyə gələnlər dəvar idi. Onlar taxta emalı sexində taxta emalı sənətinin incəlyini öyrənir və əl işləri hazırlayırlar.

Daha sonra biz dəri emalı sexinə keçdik. İlk baxışdan Bentley zavodu adi zavod təsiri bağışlayır. Amma burada bahlı avtomobillər istehsal edilir. Hər mərhələ yüzlərlə posedurdan ibarətdir. Məsələn: dəri seçimi. Burada inək dərisindən istifadə edilir. Əgər dəridə qırış və ya hansısa defekt varsa, onu hətta oturacağın alt hissəsində belə istifadə etmirlər. Sadəcə atırlar. Əgər defekt az əhəmiyyətlidirsə, onu ayrı məqsədlər üçün istifadə edə bilərlər. Panellərin dərisi isə etalon olmalıdır deyə o xüsusi olaraq seçilir. Ən çətini lazım olan ölçüdə avtomobilinin damının içərəsində istifadə edilmək üçün nəzərdə tutulan dərinin seçilməsidir.

Daha bir çətin iş sükanın dəri ilə örtülməsidir. Bunun üçün xüsusi adamlar var. Dərinin bir hissəsi sükana çəkilir, adi mətbəx çəngəli ilə deşiklər açılır və əlnən tikilir. Bütün günü sükanları əllə tikirlər. Birinin nənəsi şərf tikir, digərinin Bentley sükanı. Bu gün siz Bentley sükanı arxasına keçəndə tikişlərin insan əli ilə edildiyinə əmin ola bilərsiniz. Bu arada mexaniki vasitə ilə sapları o qədər dəqqiliklə vura bilmirlər. Texnika bunu sadəcə olaraq bacarmır.

Təbii ki, zavodda bütün prosedurlar əllə deyil. Müəyyən işləri mexaniki və ya robotexnikadan istifadə etməklə görürlər. Hər bir zavodda olduğu kimi kuza öncədən qaynaq edilir. Daha sonra növbəti sexdə əl ilə digər detalları sifarişə uyğun əlavə edirlər. Sonda isə bizi hazır Bentley avtomobili gözləyəcək.

Bu avtomobil sənətinin ən yüksək zirvələrindən biridir. Bentaygaya dünya üzrə o qədər tələbat var ki, zavod rəhbərliyi istehsalın artırılması barəsində düşünür. 2015-ci ildə Bentey -in dünya üzrə bazar sayı 58 idi. İndi isə şirkət mövcud olan bazar sayını 70 -ə qaldırmaq barəsində planı həyata keçirir.

Bentley bir ənənəsi olan markadır. Onun tarixi və ənənəsi artıq 100 il olacaq ki, yaşayır. Müasirlik və mühafizəkarlıq bu markanın əsas fəlsəfəsidir. Mənim Bentley zavoduna səfərim bitdi , amma yenə gəlmək istəytirəm. İrəlidə isə bizi Bentley Motors-un 100 illik yubileyi gözlıyir.

avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259