AVTO

Avtomobildə kondisionerdən istifadə etmək üçün 5 QIZIL QAYDA
23 İYUL
5091

Avtomobildə kondisionerdən istifadə etmək üçün 5 QIZIL QAYDA

2018-07-23 10:15:00

Yay ayları isti keçdiyi üçün bir çox sürücü avtomobilində kondisionerdən istifadə edir. Amma bir çoxlarımız kondisionerdən istifadə qaydalarına əməl etmirik. Fins.Az ölkə.az-a istinadən avtomobildə kondisionerdən istifadə edənlərə 5 qaydanı təqdim edir.

Kondisioneri yüksək tempdə çalışdırmayın

İsti havalarda açıq havada park edilmiş avtomobildə salonun istiliyi 60 dərəcəyə qədər yüksələ bilər. Bir neçə addımla bu istiliyi 30 dəqiqə ərzində 25 dərəcəyə qədər aşağı salmaq mümkündür. Kondisioneri yandırmadan əvvəl bir dəqiqə qapıları və pəncərələri açıq saxlayın. Sonra isə kondisioneri işə salın, amma yüksək tempdə çalışdırmayın.

Hava dövrü düyməsini yandırmayın

Ən çox edilən səhvlərdən biridir. Çünki bu düymə işlək vəziyyətdə olanda pəncərələr buxar tutur. Bunun əvəzinə avtomatik düyməsini işə salın.

Səhər hava sərin olsa da kondisioneri işə salın

Bəzən yay aylarında səhərlər sərin olur. Bununla belə, kondisioneri işə salın. Əgər çöldə hava yavaş-yavaş isinməyə başlasa, şüşələrin tərləməsinin qarşısını ala bilərsiniz.

Havalandırma pərlərini düzgün istiqamətə yönləndirin

Yay aylarında sərnişinlərin ən çox istifadə etdiyi çümlələr “Kondisionerə xod ver” və “Heç soyuq gəlmir” cümlələridir. Bir çox hallarda isə maşının salonundakı hava axını düzgün istiqamətlənmədiyinə görə bu hallar üzə çıxır. Bu səbəbdən havalandırma pərlərini yuxarı yönəldin. Beləcə, avtomobilin salonunda hava axını təmin edilir.

Müntəzəm qulluq edin

Mühərrikə, təkərlərə və digər ehtiyat hissələrinə qulluq etdiyiniz kimi, kondisionerə də qulluq edin. Mütəxəssislər bildirirlər ki, hər 15 min kilometrdən bir kondisionerin filtrini dəyişmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251