AVTO

Dövlət avtomobilləri satışa çıxarıldı -1600 manatdan başlayır -FOTO
18 İYUL
2625

Dövlət avtomobilləri satışa çıxarıldı -1600 manatdan başlayır -FOTO

2018-07-18 13:06:00

Hərraca çıxarılan dövlət avtomobilləri məlum olub. Fins.az xəbər verir ki, 24 və 31 iyul tarixlərində keçiriləcək hərraclara ümumilikdə istehsal ili 2006-2007-ci illərə aid 8 avtomobillər çıxarılacaq. Avtomobillərin ilkin start qiyməti 1600 manatdan 25200 manata kimidir. Ən ucuz avtomobil 1600 manata təklif edilən Maliyyə Nazirliyinə aid Chery Eastar avtomobilidir. Ən bahalı model isə 25200 manata təklif edilən Ali Attestasiya Komissiyasına aid BMW 730 avtomobilidir. 

24 iyul 

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti
(manatla)
10% beh
(manatla)
Maliyyə Nazirliyi Chery Eastar 2007 1600 160
Maliyyə Nazirliyi Nissan Sunny 2006 2300 230
Ali Attestasiya Komissiyası Mercedes Benz E350 2007 17 000 1700
Ali Attestasiya Komissiyası BMW 730 2006 19350 1935

31 iyul 

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti
(manatla)
10% beh
(manatla)
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi BMW 730 2006 25200 2520
Milli Məclisin İşlər İdarəsi Nissan Maxima 2006 2350 235
Daxili Işlər Nazirliyi FIAT Doblo 2007 3500 350
Daxili Işlər Nazirliyi FIAT Doblo 2007 3500 350

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259