AVTO

Kosmosa səyahətin qiyməti açıqlandı – 200-300 MİN DOLLAR
16 İYUL
297

Kosmosa səyahətin qiyməti açıqlandı – 200-300 MİN DOLLAR

2018-07-16 18:13:00

Milyarder Ceff Bezosun təşkil etdiyi kosmosa səyahətin qiyməti 200 min dollar təşkil edəcək. Fins.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə “Reuters” özünün şirkətdəki mənbəsinə istinadən xəbər verib. İnsayderin sözlərinə görə, Ceff Bezosun “Blue Origin” şirkətinin kosmosa səyahətin biletlərinin qiyməti 200-300 min dollar təşkil edəcək. Uçuş “New Shepard” kosmik gəmisində baş tutacaq. Təbii ki, onun pulunu Bezosun “Forbes” jurnalının siyahısında olan həmkarları ödəməyə qadirdirlər. Uçuşun marşrutu barədə hələlik heç bir məlumat verilmir. 

Qeyd edilir ki, hazırda “Blue Origin” içində manekenlər olan səkkiz sınaq raketini fəzaya buraxıb. Bundan əvvəl təxmin edilirdi ki, ilk kommersiya buraxılışı 2018-ci ildə baş tutacaq. Ancaq sonradan bu müddət uzadılıb. Təxminən elə bu qiymətə Riçard Brensona məxsus “Virgin Galactic” şirkətinin kosmosa turu qiymətləndirilib. Qiyməti bir uçuş üçün 250 min dollar qiymətləndirilən milyarderin xidmətlərindən artıq 650 turist istifadə etməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255