AVTO

İkinci əl "Mercedes" və "Opel"lərə qənim gəlir – HƏR GÜN SATILIR
11 İYUL
9096

İkinci əl "Mercedes" və "Opel"lərə qənim gəlir – HƏR GÜN SATILIR

2018-07-11 15:15:00

Bir qədər əvvəl Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda buraxılan maşınların Bakıda satışı pis getmir. Paytaxtdakı satış mərkəzindən Fins.az-a verilən məlumata görə, demək olar ki, hər gün burada 2-3 avtomobil satılır. Şirkətin satış təmsilçisi Ceyhun Şükürov bildirir ki, «Xəzər» avtomobillərinə həm şəxslərin, həm də şirkət və təşkilatların marağı var: «Maşınları alanlar arasında  həm adi vətəndaşlar, həm də nazirlik və şirkətlər var».

Xatırladaq ki, hazırda «Xəzər» avtomobillərinin iki versiyası satışdadır – «Xəzər LD» (lüks versiya) və «Xəzər SD». Avtomobillərin şəhər içi yanacaq sərfi cəmi 7-8 litr olduğuna görə, taksilər də onlara maraq göstərirlər. Avtomobillərin qiyməti 16 min və 18 min manatdır. Lizinqlə götürmək üçün ilkin 4500 və ya 5500 manat ödəniş edib, 4 il ərzində ayda 380 manat ödəniş tələb edilir. Maşınlara 50 min kilometr və ya bir il zəmanət verir. Satış təmsilçisi bildirir ki, avtomobillərə marağın yüksək olmasının səbəbi də yanacaq sərfinin aşağı olması və ödənişin əlverişli olmasıdır: «Bu variant taksi sürücüləri üçün xüsusilə sərfəlidir, ayda 380 manat, gündə 10-12 manatdır, təzə avtomobil olduğuna görə sürücülər böyük maraq göstərirlər». Satış təmsilçisi bildirir ki, alıcıların bir qismi «Xəzər» avtomobillərini indiyədək istifadədə olan əsasən köhnə «Mersedes» və «Opel»ləri əvəz etmək üçün alır. 

Hələlik «Xəzər» avtombilləri mexaniki sürət qutusu ilə buraxılır, amma ilin sonunda avtomat sürət qutulu maşınlar da buraxılacaq. Bakıda bu avtomobillərin servisi də açılıb – Xırdalanda Respublika Dövlət Yol Polisi idarəsinin yaxınlığında yerləşir. Hələlik «Xəzər» avtomobilləri ölkədə yalnız Bakıda satılır. Yaxın vaxtlarda Gəncə və Lənkəranda da satış mərkəzləri açılmalıdır.(Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256