AVTO

"Lamborghini" ilk SUV-unu Bakıda satışa çıxarır -FOTO, QİYMƏT
09 İYUL
2108

"Lamborghini" ilk SUV-unu Bakıda satışa çıxarır -FOTO, QİYMƏT

2018-07-09 10:39:00
"Lamborghini"nin Bakıda ilk SUV modeli satışa çıxarılır. Söhbət yeni "Urus" modelindən gedir. Bunu Fins.az-a müsahibəsində bu superkarların Azərbaycanda rəsmi təmsilçisi "Avtolüks Azərbaycan" şirkətinin direktoru Mark Pocock deyib. Onun sözlərinə görə, yeni model Bakıda ilk dəfə iyul ayında təqdim ediləcək. 

Qeyd edək ki, İkinci Dünya Müharibəsi illərində buraxılan "LM002" nəzərə alınmazsa, "Urus" "Lamborghini"nin ilk SUV-u hesab edilir. Avtomobil aqressiv görünüşü ilə öküzü xatırlatdığı üçün  "Urus" adı alıb. Texniki göstəricilərə gəlincə, avtomobil 4 litrlik 650 at gücünə və 850 Nm fırlanma momentinə malik olan iki turbo V8 mühərriklə təhciz edilib.  O, yerindən 0-100 km/saat sürəti 3,6 saniyəyə yığa bilir və maksimum sürəti 305 km/saatdır. Mükəmməl idarəetməni təmin etmək üçün aktiv fırlanma momentinin vektorizasiyası və dörd təkərin ötürücülüyünə malik olan tam ötürücü sistemə malikdir. Avtomobil maksimum təhlükəsizlik və komforta nail olmaq üçün karbon-keramik əyləc, adaptiv pnevmatik asqı və aktiv köndələn istiqamətdə stabilizasiyailə təchiz edilib.  “Tamburo” ötürücü dinamika selektoru vasitəsilə altıya qədər müxtəlif ötürücü rejim + EGO rejimi mövcuddur.

Əsas məqamlardan biri də avtomobilin qiymətidir. Məlumata görə, komplektasiyadan aslı olaraq "Lamborghini Urus" Bakıda 270-330 min dollara, başqa sözlə 459-561 min manata təkllif ediləcək. 

Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250