AVTO

"İkinci əl avtomobillər real qiymətinə düşəcək"
05 İYUL
1107

"İkinci əl avtomobillər real qiymətinə düşəcək"

2018-07-05 11:26:00

İkinci əl avtomobillər 15-20% civarında ucuzlaşacaq. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib. O bildirib ki, avtomobillər 10-15 gün ərzində real qiymətinə düşəcək. Söhbət qiyməti 20-25 min manata kimi olan avtomobillərdən gedir. Bunlara  köhnə "Mercedes", "Opel", "KİA","BMW" və digər markalar daxildir.

Məsələn, Qiyməti 11-12 min manata qədər olan 1999-2000-ci il model "Mercedes E"  və  "Mercedes C" modelləri yenidən 8-9 min manata düşəcək. 

Eksklüziv avtomobillərin qiymətində isə hər hansı enmə gözlənilmir. Çünki bu avtomobillərin alıcıları spesifikdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255