AVTO

Bu avtomobillər də "Xəzər" adı altında buraxılacaq
04 İYUL
817

Bu avtomobillər də "Xəzər" adı altında buraxılacaq

2018-07-04 17:59:00

Azərbaycanda daha iki avtomobil markası "Xəzər" adı altında buraxılacaq. Söhbət "Ravon" və "QAZ markalarından gedir. "AzərMAŞ" şirkətindən Fins.az-a verilən məlumata görə, Hacıqabul Sənaye Məhəlləsində buraxılacaq "Ravon" və kiçik tonnajlı QAZ avtomobilləri də "Xəzər" adı altında digər seriyalarla buraxılacaq. Şirkətdən bildirilib ki, hər iki modelin Azərbaycanda yığılması 2019-cü ildə planlaşdırılır. Milliləşmə də bu zaman baş tutacaq.

Hazırda isə Neftçala Avtomobil Zavodunda istehsal edilən "Xəzər SD" və "Xəzər LD" avtomobillərinin satışı həyata keçirilir.

“NAZ-Lifan” avtomobilləri ucuzlaşacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250