AVTO

Azərbaycanda texniki baxış talonu ləğv edilir – Kamera çəkəcək
02 İYUL
2244

Azərbaycanda texniki baxış talonu ləğv edilir – Kamera çəkəcək

2018-07-02 10:08:00

Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə daha bir neçə dəyişiklik edib. Fins.az xəbər verir ki, dəyişikliklərə görə, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər). Eyni zamanda, qanunda texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250