AVTO

Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı - VİDEO
14 İYUN
395

Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı - VİDEO

2018-06-14 09:10:00

Cərimələrini vaxtında ödəməyən sürücülərin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılır. Sonradan isə sürücülər cəriməni ödədikləri zaman avtomobili meydançadan çıxartmaq üçün onlardan xüsusi icazə tələb olunurdu. Bu isə əlavə vaxt itkisi ilə yanaşı, bəzən də sürücülərlə yol polisi arasında mübahisələrə gətirib çıxarırdı. Artıq qəbul edilmiş yeni təlimata əsasən, cərimə meydançasında xüsusi icazə tələb etmək qadağan olunub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Artıq sürücülər bu cür problemlərlə qarşılaşmayacaqlar. Avtomobilin cərimə meydançasından çıxarılması üçün xüsusi icazə tələb edilməyəcək..

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin kollegiyasının 5 iyun 2018-ci il tarixli qərarı ilə "Yol-patrul xidməti haqqında" Təlimata dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra avtomobil müxtəlif səbəblərdən cərimə meydançasına yerləşdirilərsə, həmin nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi üçün xüsusi icazə tələb etmək qadağan olunub. Yəni sürücülər cəriməni ödədikdən sonra rahatlıqla avtomobili cərimə meydançasından çıxara biləcəklər.

Ərşad Hüseynovun sözlərinə görə, əgər saxlanma konkret inzibati xətanın törədilməsi səbəbindən olubsa və xüsusi protokolla rəsmiləşdirilməlidirsə, belə halda sadəcə protokol tərtib olunmalı, yenə də avtomobil evakuatorla gətirilibsə, evakuasiya haqqı və bir gündən artıq müddətdə saxlandıqda saxlanma haqqı ödənilməklə hər hansı əlavə icazə tələb olmadan avtomobil sahibinə verilməlidir.

Ekspert bu addımın sürücülərin rahatlığına və bürokratik maneələrin aradan qaldırılmasına hesablandırğını deyir...

Yeni Hyundai Santa Fe-nin sirri açıldı - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267