AVTO

Yeni, fərqli Lexus-lar - FOTO
11 İYUN
462

Yeni, fərqli Lexus-lar - FOTO

2018-06-11 10:35:00

Çikaqo-2018 avtosalonu çərçivəsində Yaponiyanın Lexus markası 2018-ci model ilinə məxsus gücləndirilmiş Lexus RC F və Lexus GS F-in xüsusi versiyalarını təqdim edəcək. Onlar 10th Anniversary Limited adlanacaq. Avtomobillərin buraxılışı F-bölməsinin 10 illik yubileyinə həsr ediləcək.

Amerikalı müştərilən gücləndirilmiş yubiley modellərini - Lexus RC F 10th Anniversary Limited və Lexus GS F 10th Anniversary Limited-i bu ilin yayından əldə edə bilərlər. Hər iki avtomobilin fərqləndirici xüsusiyyətləri onların eksklüziv Nebula (xüsusi tutqun boz) rəngi ilə boyanmasıdır.

Şirkətdən bildiriblər ki, Lexus markasının seriyalı avtomobilləri superkar LFA-dan sonra ilk dəfə tutqun rəngdə olacaqlar. Gözəl 19-düymlük qara təkər diskləri və Michelin Pilot Sport PS2 şinləri də əla təzad yaradır. Avtomobilin təchizatına, həmçinin mavi supportları olan əyləc sistemi daxildir.

Gücləndirilmiş kupe Lexus RC F 10th Anniversary Limited və sedan Lexus GS F 10th Anniversary Limited-də mavi rəngli karbon işləmələr və nadir oyma lövhəciklər, o cümlədən yüksək keyfiyyətli dəri tapmaq olar. Kupe Lexus RC F 10th Anniversary Limited 240 ədəd, sedan Lexus GS F 10th Anniversary Limited isə 100 ədəd istehsal ediləcək.

Gücləndirilmiş kupe Lexus RC F-in təchizatına 5,0-litrlik V8 daxildir ki, o 467 a.g.-ü verir. Sürət qutusu 8-pilləli avtomatdır, yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Sedan Lexus GS F-in təchizatına da eyni mühərrik daxildir, lakin yerindən 100 km/saata sürətlənmə 4,5 saniyəyə sürətlənir.

Eləcə də bax: Maşın bazarında qiymətlər qalxır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256