AVTO

Sürücülük vəsiqəsinin qiyməti qalxır - Qanun dəyişir
06 İYUN
2125

Sürücülük vəsiqəsinin qiyməti qalxır - Qanun dəyişir

2018-06-06 14:43:00

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır. Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb. Layihəyə əsasən, avtonəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır. Bundan başqa, avtomobilin qeydiyyat şəhadətnaməsinin (texniki pasportun) rüsumu da 17 manatdan 25 manata qaldırılır. Eyni zamanda, dövlət nömrə nişanlarının rüsumu da artırılacaq. Belə ki, hazırda 22 manata satılan adı nömrələr qanun dəyişdikdən sonra 35 manata satılacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, qüvvədə olan qanuna görə avtonəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır. Texniki pasportun rüsumu isə 17 manat təşkil edir. (Avtosfer.az)

Eləcə də bax: “Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267