AVTO

DYP-dən sürücülərə xəbərdarlıq: Bu yollar bağlı olacaq - VİDEO
05 İYUN
374

DYP-dən sürücülərə xəbərdarlıq: Bu yollar bağlı olacaq - VİDEO

2018-06-05 11:10:00

Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar yolda sürət həddi azaldılıb. İyun ayının 3-dən 5-dək təlim-məşq toplanışı, 5-dən 9-dək isə yarışlar keçiriləcək. Qonaqların qarşılanması, onların müşayət edilməsi, yerləşdirilməsi və təhlükəsizlik məqsədilə yolun bir zolağı kauçuk maneələr vasitəsilə velosipedçilərin hərəkəti üçün ayrılıb. Bu səbəbdən də ərazidə sürət həddi 30, daha sonra isə 50 km/saata qədər azaldılıb və bununla bağlı müvafiq yol nişanları qoyulub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov sürücüərə alternativ yollar barədə məlumat və tövsiyyələr verib. (Avtosfer.az)

Eləcə də bax: “Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267