AVTO

Fiat Chrysler 4,8 milyon avtomobili geri çağırır
30 MAY
419

Fiat Chrysler 4,8 milyon avtomobili geri çağırır

2018-05-30 16:29:00

Fiat Chrysler avtomobil şirkətinin verdiyi məlumatda deyilir ki, kruiz-kontrol (avtomobilin sürətini avtomatik tənzimləyici) funksiyasının söndürülməsi zamanı yaranan narazılıqların artmasından sonra şirkət "Powertrain Control Modules" proqram təminatını yeniləmək üçün 4,8 milyon avtomobili geri çağıracaq.

Texniki nəzarət xidməti əməkdaşı Mark Çernobı proqram yeniləməsinin pulsuz olacağını və şirkətin gələcək həftədən etibarən narahat müştəriləri xəbərdar edəcəyini söyləyib. Fiat Chrysler avtomobil şirkətinin səhmlərinin elandan sonra 2,9 %-ə düşdüyü bildirilir.

Eləcə də bax: 6,5 l yanacaq işlədən "Kitayski Land Cruiser" Bakıda satışa çıxarılır -FOTO-QİYMƏT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256