AVTO

Bu avtomobilin minimal qiyməti 265 min avrodan başlayır - FOTOLAR
29 MAY
240

Bu avtomobilin minimal qiyməti 265 min avrodan başlayır - FOTOLAR

2018-05-29 13:04:00

Britaniyanın Rolls-Royce Motor Cars şirkəti tarixində ilk möhtəşəm yolsuzluq avtomobilini - Rolls-Royce Cullinan təqdim edib. Güman edildiyi kimi, yenilik 6,75-litrlik, 12-silindrli mühərrik alıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Təqdim edilmiş Rolls-Royce Cullinan Britaniya brendinin tarixində təkcə ilk yolsuzluq avtomobili deyil, həmçinin Rolls-Royce-un tarixində ilk 5-qapılı və tam ötürücülü modeldir.

Qeyd edək ki, Rolls-Royce Cullinan-ın istehsalı barədə ilk dəfə 3 il bundan əvvəl elan edilib. Avtomobil dünyanın ən böyük almazının şərəfinə belə adlandırılıb. İlk yolsuzluq avtomobilinin istehsalı barədə qərar müştərilərin çoxsaylı müraciətlərinə əsasən verilib.

Yeni yolsuzluq avtomobili Rolls-Royce Cullinan əsasən alüminium çərçivədən ibarət yeni platforma üzərində yığılıb. Qeyd edildiyi kimi, bu platforma Britaniya brendinin bütün yeni modellərində istifadə ediləcək. Krossover Rolls-Royce Cullinan ikiqat köndələn rıçaqlı qabaq və 5-rıçaqlı arxa asma alıb.

Rolls-Royce Cullinan-ın qabaritləri: uzunluğu – 5341 mm, eni 2164 mm, hündürlüyü 1835 mm. Oxlar arasında məsafə 3295 mm, baqajın tutumu 600 litr (4-yerli Darkest Tungsten modifikasiyasında – 526 litr), çəkisi isə 2660 kq-dır.

Yeni yolsuzluq avtomobili Rolls-Royce Cullinan flaqman modeli Rolls-Royce Phantom Mk8 modelinə debüt etmiş 6,75-litrlik, iki turbinli V12 mühərriki alıb. O, 571 a.g. və 850 Nm fırlanma anı alıb. Sürət qutusu 8-diapazonlu ZF avtomatdır. Maksimal sürət 250 km/saatdır.

Şirkətdən bildiriblər ki, Rolls-Royce Cullinan-ın qabaq hissəsi sanki sakson döyüşçüsünün üzünü əks etdirir. Avtomobilin arxa hissəsi isə bizi ötən əsrin 30-cu illərinin klassik Rolls-Royce D-Back brendinə aparır.

Hazırda məlumdur ki, bu avtomobil avropalı müştərilərə 2019-cu ildə çatacaq. Minimal qiymət 265 000 avrodan başlayır.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267