AVTO

Bu şirkət Azərbaycana 1 ildə gətirdiyi avtomobillərin 98%-ni satıb
23 MAY
571

Bu şirkət Azərbaycana 1 ildə gətirdiyi avtomobillərin 98%-ni satıb

2018-05-23 16:37:00

2017-ci il üzrə premium seqmentdə satışların həcminə görə “Mercedes-Benz” Azərbaycanda lider olub. Bunu Fins.az-a açıqlamasında “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi təmsilçisi “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyev deyib.

"Bakıda ikinci əl avtomobillər bahalaşıb"

Onun sözlərinə görə, gətirilən avtomobillərin 98%-i satılıb. O.Hacıyev deyib ki, bununla belə 2018-ci ilin birinci rübündə satışlar bir qədər aşağı olub: "Bu da ötən ilə nisbətən stokumuzun qısa olması ilə bağlıdır. Yəni, ötən ildən stokda az avtomobil qalmışdı. İlin əvvəlində isə yeni modellər istehsal olunur. Bu da müəyyən qədər vaxt aparır. Hazırda əvvəlki illərdən anbarda qalan avtomobilimiz demək olar ki yoxdur. Bununla belə, ötən ilin birinci rübü ilə müqayisədə satılan minik avtomobillərin sayı 2 dəfə artıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260