AVTO

Nazirdən “Khazar” avtomobilləri ilə bağlı -TAPŞIRIQ
23 MAY
875

Nazirdən “Khazar” avtomobilləri ilə bağlı -TAPŞIRIQ

2018-05-23 09:38:00

Neftçalada istehsal olunan minik avtomobilləri bazarda daha geniş şəkildə təqdim olunacaq. Fins.az xəbər verir ki, dünən İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.  Kollegiya iclasında nazir Şahin Mustafayev “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə Nazirliyin müvafiq qurumlarına konkret  tapşırıqlar verib.

Sürücülərin nəzərinə - Gömrükdə yeni qaydalar tətbiq ediləcək

 Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254