AVTO

Azərbaycanda hansı ehtiyat hissələri satış şəbəkələri var? - SİYAHI
22 MAY
402

Azərbaycanda hansı ehtiyat hissələri satış şəbəkələri var? - SİYAHI

2018-05-22 16:25:00

Azərbaycanda avtomobil şirkətlərinin rəsmi ehtiyat hissələri satış şəbəkələri ilə yanaşı, geniş şəbəkəyə malik avto ehtiyat hissələri satış mağazaları da fəaliyyət göstərir. Fins.az bu mağazalar haqqında məlumatları sizə təqdim edir.

Ştutqart Mağazalar Şəbəkəsi

Azərbaycanda bütün növ ehtiyat hissələrinin satışı ilə məşğul olan şəbəkələrdən biri Ştutqart Mağazalar Şəbəkəsidir. 2004-cü ildə yaradılmış Ştutqart mağazası müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğul olmuşdur. Ştutqart dünyanın müxtəlif ölkələrindən avto ehtiyat hissələrinin ölkəmizə gətirilməsi ilə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distibütoruna çevirilib. Müəyyən müddət keçdikdən sonra Ştutqart paytaxt Bakıda bir neçə mağaza açmaqla Ştutqart Mağazalar şəbəkəsini qurmuşdur. Bununla da formalaşan Ştutqart mağazalar şəbəkəsi əhatəsini daha da genişləndirmək məqsədi ilə artıq Bakı şəhərinin hüdudlarından kənarda öz mağazalarını yaratmaqda davam edir.

Yol polisindən video çəkən sürücülərə xəbərdarlıq - HƏBS EDİLƏ BİLƏRSİZ

  “Şərq Motors”

Digər bir ehtiyat hissələri şəbəkəsi isə 2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkətidir. Şirkət Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirir. 2007-ci ildə şirkət Hyundai Auto Azerbaijanın rəsmi dileri, 2010-cu ildə Kia Motors Azerbaijanın rəsmi dileri olmuşdur. 2016- cı ildən etibarən şirkət müstəqil olaraq Servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsilə müştərilərə xidmət edir. Eyni zamanda Aftermarket satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hisələrinin satışını təmin edir. Şirkət Mando, HCC, CTR , Sakura Filters , Adr Radiators , Federal Power və Genesso brendlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.16 illik fəaliyyətində geniş imkanlar əldə edərək, uğur və əməkdaşlıq planlarını günü-gündən artıran Şərqmotors şirkəti yüksək təcrübəyə, biliyə malik peşəkar məsləhətçi xidmət personalı və müasir diaqnostika təmir avandanlıqları ilə müştərilərə xidmət edir.

Jalüzə görə cərimə qanunsuzdur? - Məhkəmə qərar verdi

“Performance Center”
1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayan “Performance Center” şirkəti həm də avto ehtiyat hissələrinin sifarişi ilə məşğuldur. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir. 2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb. Performance Center həmçinin bu avtomobillərin texniki xidməti və ehtiyat hissələrinin sifarişi ilə məşğuldur.  

 “Bosch”

Daha bir ehtiyat hissələrinin satış şəbəkəsi isə “Bosch”dur. Şəbəkə demək olar ki, bütün maşın modelləri üçün yüksək keyfiyyətli ehtiyat hissələri və komponetlərin, həmçinin tam çeşiddə avtomobil aksesuarları təklif edir.

 “Favorit Motors”

Daha bir ehtiyat hissələri şəbəkəsi isə “Favorit Motors”dur. Şirkət Rusiya ilə yanaşı, 2013-cü ildən Azərbaycanda da fəaliyyət göstərir. Bütün növ ehtiyat hissələri, təkər və disklərin satışı həyata keçirir.

3 il əvvəl sifarişlərinə başlanan avtomobil Bakıda satışa çıxarılır -EKSKLÜZİV

 Radius Avtomobil Təkər Mərkəzi

 Avtomobil Təkər Mərkəzlərinin şəbəkəsi kimi nəzərdə tutulan digər bir marka isə “Radius”dur. Şirkət 2014-cü ildən fəaliyyət göstərir. Şirkət təkər və disklərlə yanaşı digər ehtiyat hissələrinin və aksessuarların satışını, o cümlədən servisini həyata keçirir.

 “Avtoparts”

Azərbaycanda eyni zamanda onlayn fəaliyyət göstərən  ehtiyat hissələri mağazalar şəbəkələri fəaliyyət göstərir. Bunlar biri “Avtoparts” şirkətidir. Şirkət Yaponiya, Koreya, Almaniya və digər xarici ölkələrin avto ehtiyyat hissələrinin onlayn satışını təşkil edir. Şirkətin təqdim etdiyi ehtiyyat hissələri brend şirkətlərin orijinal məhsullarıdır və Avropa standartlarına cavab verir.  

 “Furqan Avto”

 Ən böyük onlayn satış şəbəkələrindən biri də 2010-cu ildə yaradılmış “Furqan Avto”dur. Mağaza müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışnı həyata keçirməklə məşğul olmuşdur. Şirkət yarandığı ildən Azərbaycan alıcısına birinci əldən keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməyə müvəffəq olmuşdur. Şirkət dünyanın müxtəlif ölkələrindən avto ehtiyat hissələrinin ölkəmizə gətirməsi ilə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distibütoruna çevirilmişdir. Müəyyən müddət keçdikdən sonra Furqan Avto  bir neçə mağaza açmaqla Furqan Avto Mağazalar şəbəkəsini qurmuşdur.  

 “Tekerstore”

Avtomobil təkərlərinin onlayn satışı həyata keçirən şəbəkələrdən biri də “Tekerstore”dur. Onlayn mağaza dünyaca tanınmış və özünü təsdiqləmiş markalar  Lassa, Petlas, Bridgestone, Michelin, Goodyear, Hankook və s. brendləri Azərbaycana gətirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253