AVTO

"Mercedes"i hardan almaq sərfəlidir? - AÇIQLAMA
21 MAY
597

"Mercedes"i hardan almaq sərfəlidir? - AÇIQLAMA

2018-05-21 19:39:00

 “Boz diler”lər adlanan digər salonlar tərəfindən tərəfindən “Mercedes” satışı kifayət qədər yüksəkdir. 2015-ci  ilə qədər “Mercedes” satışlarının 40%-i  bizə aid idisə, 60% bazar payı Dubaydan  və Almaniyadan gətirilən “boz diler”lərə aid idi. Bunu Fins.az-a müsahibəsində “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi təmsilçisi “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyev deyib: "Bu müddətdə biz düzgün qiymət siyasəti, stokun formalaşması və həmçinin 2-ci diler şəbəkəsinin açılması ilə bunun qarşısını qismən ala bildik.  Zaman da göstərdi ki, biz düz istiqamətdəyik. Bu gün rəsmi diler şəbəkəsi vasitəsilə satılan  “Mercedes”lərin payı  70%-ə yüksəlib".

Təmizlik Xidmətinə 50% ENDİRİM!

O.Hacıyev bildirib ki, "boz diler"dən avtomobil almaq nisbətən risklidir: "Əsas problem ondan ibarətdir ki, bu dilerlərin Avropadan gətirdikləri avtomobillər həmin ölkədəki şəraitə uyğun istehsal edilir. Misal üçün yanacağın keyfiyyəti ayrı-ayrı ölkələrdə müxtəlif olur. Müştərilər isə bilmədən bir dövlət üçün istehsal edilən avtomobili alıb onu digər ölkədə istismar edirlər. Burada böyük problemlər yaranır. Ona görə də insanlar artıq rəsmi dilerdən avtomobil almağa üstünlük verirlər. Məsələn, rəsmi dilerə müraciət edib avtomobilin təhcizatını seçir. Daha sonra bunun əsasında sifariş verilir. Avtomobil 2-3 aya hazırlanıb gətirilir. Digəri isə “boz diler”ə gedib hazır təhcizatlı avtomobil seçib sifariş verir. Dubaydakı salondan 2 həftəyə gətirirlər. Amma mühərrikə diqqət etmir, avtomobilin Azərbaycanın iqlim şəraitinə uyğun olub-olmadığını yoxlamır. Ən əsas aspektlər qalır, digər məsələlərə önəm verirlər. Sonra  isə peşman olurlar".

3 il əvvəl sifarişlərinə başlanan avtomobil Bakıda satışa çıxarılır -EKSKLÜZİV

O.Hacıyev qiymət fərqinə də toxunub. O bildirib ki, hazırda rəsmi dilerlə “boz diler” arasında heç bir qiymət fərqi yoxdu: "Yəni, qiymət məsələsinə görə bu gün heç kim “boz dileri” seçə bilməz".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267