AVTO

3 il əvvəl sifarişlərinə başlanan avtomobil Bakıda satışa çıxarılır -EKSKLÜZİV
17 MAY
2441

3 il əvvəl sifarişlərinə başlanan avtomobil Bakıda satışa çıxarılır -EKSKLÜZİV

2018-05-17 16:14:00

Yay aylarında Azərbaycanda məşhur olan  “Mercedes G Class” təqdim ediləcək. Bunu Fins.az-a müsahibəsində “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi təmsilçisi “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyev deyib. Onun sözlərinə görə, model Azərbaycanda məşhur olsa da, digər modellərlə müqayisədə  bazar payı çox aşağı olub. Belə ki, avtomobil sevərlər hətta 3 il əvvəl yeni "G Class"ın 2018-ci ildə buraxılacağını bilirdilər. Ona görə də satışda olan "G Class"ı almaq əvəzinə hətta 2015-ci ildə yeni modeli sifariş ediblər. Bu da modelin əvvəlki versiyalarının satışa təsir edib. O.Hacıyev bildirib ki,  yeni modelin satışa çıxarılması ilə "G Class"ın bazar payı artacaq. Avtomobildə edilən yeniliklərə gəlincə, O.Hacıyev bildirib ki, "G Class"ın kuzovunda 1979-cu ildən demək olar ki, böyük dəyişiklik edilməyib: "Ən böyük yenilik avtomobilin interyeri ilə bağlı olacaq. Daha yeni sistemlər, daha komfort salon və s."

İkinci əl avtomobillər neçəyədir? - SON QİYMƏTLƏR,VİDEO

O.Hacıyev yeni “G Class”ın yarım milyon manat olacağı ilə bağlı xəbərlərə də münasibət bildirib:" Yayılan məlumatlar həqiqətə uyğun deyil. Manatın hazırkı məzənnəsi ilə ən komplektləşdirilmiş modelin qiyməti 400 min manatdan yuxarı olmayacaq".

 Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259