AVTO

Sürücülük vəsiqəsi üçün imtahanlara qeydiyyat elektronlaşdırılır?
16 MAY
486

Sürücülük vəsiqəsi üçün imtahanlara qeydiyyat elektronlaşdırılır?

2018-05-16 15:32:00

"Yeni qərara əsasən, sürücülük vəsiqəsi almaq üçün elektron qaydada müraciət etmək, imtahana yazılmaq mümkün olacaq”. Fins.az xəbər verir ki, bu barədə sürücülük vəsiqəsinin alınması qaydalarını izah edərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. 

O diqqətə çatdırıb ki, avtomobil nəqliyyatı üzrə texniki-peşə məktəbi oxuyan, ali məktəb diplomu olan şəxslər sənədlərini elektron şəkildə təqdim edə biləcəklər:

 "Həmin sürücülüyə uyğunluq sənədləri ilə birlikdə sağlamlıq haqqında arayışın, imtahan üçün dövlət rüsumunun ödənilməsi barədə arayışı "skan" edərək, elektron şəkildə Daxili İşlər Nazirliyinə təqdim etmək lazımdır. Dövlət yol polisi əməkdaşları həmin sənədləri yoxlayıb, təsdiq etdikdən sonra vətəndaş imtahana buraxılır. İmtahanın günü və saatı barədə məlumat da şəxsə elektron formada çatdırılır.

Sənədlərdə şübhə yaranarsa, polis vətəndaşdan sənədlərinin əslini tələb edə bilər. İnformasiya texnologiyası əsrində yaşayırıqsa, belə imtahanlara qeydiyyat üçün elektronlaşmanın olması vacibdir. Dövlət Yol Polisinin bunu qısa müddətdə tətbiq edəcəyini düşünürəm”.

Qeyd edək ki, Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. Qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər. (Sherg.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254