AVTO

Ölkəyə gətirilən avtomobillər sürətlə artır -SON RƏQƏMLƏR
16 MAY
380

Ölkəyə gətirilən avtomobillər sürətlə artır -SON RƏQƏMLƏR

2018-05-16 10:22:00
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana, ümumilikdə 5 310 ədəd avtomobil idxal olunub. Fins.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3 367 ədəd avtomobil və ya 2,73 dəfə artıb.
 
Ölkəyə gətirilən avtomobillərin 23 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 785 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 477 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254