AVTO

Putinin, yoxsa Trampın limuzini? - FOTO
14 MAY
703

Putinin, yoxsa Trampın limuzini? - FOTO

2018-05-14 18:45:00

Amerikanın “Newsweek” jurnalı ABŞ Prezidenti Donald Trampın “Cadillac” avtomobili ilə Rusiya lideri Vladimir Putinin “Kortej” avtomobilini müqayisə edib.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, məqalənin müəllifi Rusiya istehsalı olan avtomobilin Böyük Britaniyanın lüks “Rolls Royce Phantom” və “Rolls Royce Ghost” limuzinlərinə bənzədiyini qeyd edib. Jurnalın məlumatına əsasən, “Kortej” avtomobilinə quraşdırılan V12 mühərriki Amerika istehsalı olan limuzinin V8 mühərrikindən daha güclüdür. Bundan başqa, Trampın “Vəhşi” ləqəbli avtomobili yarım ton ağırdır.

Müəllifin fikrincə, Vladimir Putinin limuzini rabitə və təhlükəsizlik üçün çox sayda yeni texnologiyalarla təchiz olunsa da, effektivliyinə görə Donald Trampın daha köhnə avtomobilindən üstün deyil. Materialda, həmçinin bu ilin yay aylarında “Vəhşi”nin yeni versiyasının istifadəyə verilə biləcəyi vurğulanır. Müqavilənin məbləği 15 milyon dollardır.

Qeyd edək ki, bir həftə əvvəl Rusiya prezidentinin inauqurasiyası zamanı Vladimir Putin Kremlin birinci korpusundan Böyük Kreml Sarayına yeni avtomobildə - “Kortej” layihəsinin limuzinində getmişdi.

“Kortej” layihəsi dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobillər seriyasının – limuzin, sedan və miniven tipli avtomobillərin hazırlanmasını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277