AVTO

Avtomobillərdə hava yastıqları təmir edilirmi? - VİDEO
08 MAY
215

Avtomobillərdə hava yastıqları təmir edilirmi? - VİDEO

2018-05-08 15:20:00

Avtomobillərdə hava yastıqları bahalı ehtiyat hissəsi olduğundan Azərbaycanda bəzi ustalar açılmış hava yastığını yenidən bərpa etmək adı ilə sürücülərdən pul alırlar. Fins.az xəbər verir ki, qəza zamanı açılmış hava yastığını təmir etmək adı ilə sürücülərdən pul alınır. Amma əslində belə hava yastığı təmir edilmir, onu sadəcə yenisi ilə əvəz etmək lazımdır. Mütəxəssislər bildirir ki, hava yastıqlarının qiyməti çox baha olduqundan bəzi "ustalar" bundan istifadə etmək istəyirlər.

Bundan başqa, açıldığı zaman xərci çox olduğu üçün hava yastığını deaktiv edən sürücülər də var. Bu isə insan həyatı üçün təhlükəlidir.

Qeyd edək ki, ölkəmizdə nisbətən köhnə avtomobillərin ikinci əl hava yastıqlarını tapmaq mümkün olsa da, nisbətən yeni avtomobillərin ehtiyat hissələri çox baha olur. Buna görə də əksər sürücü qəzadan sonra hava yastığını yenisi ilə əvəz etmir. Bunu müəyyən etmək isə çox çətin olur.

  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277