AVTO

"Rolls-Royce" dəbdəbəli ofroderinin ilk tizerini dərc edib
08 MAY
339

"Rolls-Royce" dəbdəbəli ofroderinin ilk tizerini dərc edib

2018-05-08 12:38:00

Artıq məlum olduğu kimi, 10 may tarixində Rolls-Royce şirkəti dəbdəbəli britaniya markasının ilk ofrouderini olan Cullinan modelini təqdim etməlidir. Təqdimat öncəsi britaniya istehsalçısı yeni modelin ilk tizerini dərc edib. Tizerdə Cullinan modelinin arxa fənəri əks olunubdur. 

Dəbdəbəli ofroder yeni nəsil Phantom modelinin inşa edildiyi miqyaslanan alüminium platormasına sahib olacaqdır.

Onun qabarit uzunluğu 5,5 metrə bərabər olacaq. Avtomobilin uzunbazalı bayraqdar modifikasiyası da hazırlanacaqdır. Bu modifikasiyanın uzunluğu altı metrə yaxın olacaqdır. Rolls-Royce Cullinan modelinin 571 at qüvvəli 6,75-litrlik V12 mühərriki və səkkiz pilləli ZF avtomatik transmissiyası və tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman olunur. Sonradan ofroderin hibrid modifikasiyasının təklif ediləcəyi bildirilsə də, belə versiyanın dəqiq təqdimat vaxtı açıqlanmayıb. Əvvəl britaniyalılar yeni modelin “isanları operadan Alp dağlarına paracaq əsl yolsuzluq avtomobili” olacağını bildirmişdirlər.

Britaniyalılar ofroder buraxmaq qərarını müştərilərin çoxsaylı müraciətlərindən sonra qəbul etdiklərini xüsusi olaraq vurğulayıblar.(autograph.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257