AVTO

Bu maşından dünyada bir dənədir – O da Putindədir - FOTO
07 MAY
591

Bu maşından dünyada bir dənədir – O da Putindədir - FOTO

2018-05-07 14:43:00

Pusiya prezidenti Vladimir Putin özünün dördüncü inauqurasiyasına “Kortej” (“Aurus”) adlı yerli istehsal olan avtomobillə gədib. O, limuzinin arxa sərnişin oturacağında oturduqdan sonra avtomobil motosikletçi polislərin müşaiyəti ilə Böyük Kreml sarayına doğru hərəkət edib. Bildirilib ki, rəsmi avtomobil brendi-Aurus iki söz birləşməsindən yaranıb. Brenddə Au- “Aurum” (qızıl), rus isə “Russia” deməkdir. Avtomobil Rusiya prezidenti Vladimir Putin üçün hazırlanıb.

Vladimir Putinin inauqurasiyasında 5 min qonaq olub.

Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan Prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib. (avtosfer.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259