AVTO

“Tesla” rekord səviyyədə ziyana düşüb
03 MAY
192

“Tesla” rekord səviyyədə ziyana düşüb

2018-05-03 11:44:00

Elektroavtomobil istehsalçısı olan “Tesla” şirkəti 2018-ci ilin birinci rübündə rekord səviyyədə ziyanla qarşılaşıb. Fins.az xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, şirkət ardıcıl beşinci rübdür ki maliyyə itkiləri yaşayır. “Telsa” bu dəfə təxminən 710 milyon dollar itirib. Bununla yanaşı, analitiklər hesab edir ki, elektroavtomobil istehsalçısı daha yüksək itkilərlə qarşılaşacaq.

“Tesla” şirkətinin icraçı direktoru İlon Mask bildirib ki, şirkət bir həftə ərzində beş min ədəd “Model 3” avtomobili istehsal edə bilər. Analitiklər qeyd ediblər ki, bu temp və maaşların azaldılması şirkəti bu ilin üçüncü və dördüncü rübündə uğursuz zolaqdan çıxara bilər.

“Tesla” 2017-ci ilin iyulundan “Model 3” avtomobilinin yığılmasına başlayıb. Onun dəyəri 35 min dollardır. “Model S”in qiyməti 75-100 min dollar, “Model X”in qiyməti isə 80 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277