AVTO

Bakı sakinləri pulsuz taksi sifariş edə biləcəklər
07 MAY
2766

Bakı sakinləri pulsuz taksi sifariş edə biləcəklər

2018-05-07 12:43:00

Fins.az və “Maxim” xidməti avtomobili sifariş edərkən telefon danışıqlarına pul xərcləməmək və səfərlərdə qənaət etmək üçün 4 məsləhət hazırlayıblar.

Müasir insanlar yüksək ritmdə yaşayırlar və gün ərzində bir çox işlər görürlər. Taksi çox yerlərə çatmağa kömək edir, lakin əksər firmaların qiymətləri ilə avtomobilləri daim sifariş etmək əlverişsizdir. Sən demə, Bakıda elə bir şirkət var ki, onunla siz xidmətə görə artıq pul ödəmirsiniz.

 “Maxim”in nümayəndələrinin sözlərinə görə, xidmətin məqsədi səfərləri kütləvi və əlverişli etməkdir. Şirkətdə əhəmiyyətli dərəcədə qənaət etmək üçün bir neçə imkan nəzərdə tutulub. Fins.az onları faydalı məsləhətlər kimi təqdim edir.

 Məsləhət 1. Telefon danışıqlarına pul xərcləməmək

 Xidmətdə taksini mobil əlavə, sayt və ya telefon vasitəsi ilə sifariş etmək olar. Onlayn sifariş üçün Wi-Fi nöqtəsini tapmaq kifayətdir və siz mobil interneti ödəməli olmayacaqsınız. Əgər sifarişi operator vasitəsi ilə yaratmaq lazımdırsa, *2111 pulsuz callback-nömrəsinə zəng etmək tələb olunur. Zəng daxil olan zaman sistem sərnişinin nömrəsini müəyyən edəcək və zəngi atacaq. Bir neçə saniyədən sonra operator sifarişi yaratmaq üçün özü sərnişinə zəng edəcək. Təyin olunmuş avtomobil və onun gəlmə vaxtı barədə məlumat avtomatik bildirişdə gələcək.

 Məsləhət 2. Taksini fiksajlanmış qiymətlə sifariş etmək

 Taksometrlə işləyən taksoparklardan fərqli olaraq, xidmətdə səfərlər üçün fiksajlanmış qiymətlər mövcuddur. Onlar optimal marşrutlar üzrə hesablanır, yoldakı vaxtdan asılı deyil və əvvəlcədən məlumdur. Bu taksiyə olan büdcəni asan planlaşdırmağa və avtomobil tıxaca düşdüyü təqdirdə artıq pul xərcləməməyə imkan verir. Səfərin qiyməti 1 manatdan başlayır.

 Məsləhət 3. Qısa səfərlərdə qənaət etmək

 “Maxim” xidmətində səfərin qiymətinə marşrutun uzunluğu təsir edir: o nə qədər qısa olsa, kilometrin qiyməti bir o qədər aşağıdır. Bu o deməkdir ki, qısa səfərlər daha sərfəlidir. Bunun sayəsində sərnişinlər iki kvartal getmək lazım olanda belə rahat gedişlərindən imtina etməyə bilərlər. Misal üçün, bazarlığa piyada getməmək üçün taksidə rahat gedib ərzaqları almaq olar.

 Məsləhət 4. Taksidə ödənişləri bonuslarla etmək

 “Maxim” mobil əlavə istifadəçiləri üçün bonus proqramı mövcuddur. O dəvət edilmiş dostlara görə bonus manatları almağı və onlarla səfərin qiymətinin 30%-dək ödəməyi imkan verir. İştirakçı olmaq üçün mobil əlavənin menyusunda yerləşən “Promo kodu daxil etmək” bölməsindən fərdi promo kodla paylaşmaq lazımdır. Dəvəti qəbul edən və 90 gün ərzində ən azı üç dəfə səfər edən hər kəsə görə istifadəçinin hesabına 3 bonus manatı əlavə olunacaq. Dəvət olunmuş istifadəçi eyni bonusu alacaq. Daha çox dostlar – daha ucuz səfərlər.

- İnsanları təkcə qənaət etmək imkanı deyil, həm də “Maxim”in göstərdiyi keyfiyyətli xidmətlər cəlb edir. Sürücülər şəxsi avtomobillərində işləyir və onların vəziyyətinə nəzarət edirlər, buna görə də sifarişə həmişə təmiz, işlək avtomobillər gəlir. İstifadəçilərin gecə-gündüz dəstəyi istənilən vaxt köməyə gəlir. Xidmətin istifadəçiləri göstərilən xidmətlərin keyfiyyətinə qiymətləndirmənin, mobil əlavə, sayt və operatorlar vasitəsi ilə əks əlaqənin köməyi ilə özləri təsir edir. Bizim menecerlər hər bir müraciətə baxır və heç bir rəyi diqqətsiz qoymur, - taksi sifarişi xidmətində bildirdilər.

 “Maxim” Bakıda 2017-c ilin oktyabr ayında, bir neçə aydan sonra isə - Gəncə və Sumqayıtda fəaliyyətə başladı. Azərbaycan şəhərlərindən savayı beynəlxalq xidmət dünyanın 8 ölkəsinin 300-dən çox şəhərində fəaliyyət göstərir. Şirkət ən yaxın sərnişin və sürücüləri birləşdirir və milyonlarla insanlara öz məqsədlərinə çatmağa kömək edir. Getmək vaxtıdır!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277