AVTO

Sürücülərin nəzərinə! Hansı pərdə və jalüzlərə icazə verilir? - VİDEO
30 APREL
2218

Sürücülərin nəzərinə! Hansı pərdə və jalüzlərə icazə verilir? - VİDEO

2018-04-30 09:26:00

Növbəti ayın 1-dən etibarən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə və jalüz vurmağa icazə veriləcək. Bunun üçün də pərdələrin satışı artıb. Amma sürücülər diqqətli olmalıdır. Çünki qaydalara uyğun olmayan avadanlıqlardan istifadə edənlər 150 manat məbləğində cərimlənə bilər. Mayın 1-dən etibarən avtomobillərə sənaya üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə veriləcək.

Elə buna görə də belə pərdələrin satışında artım müşahidə edilir. Xüsusəndə maqnit adalandırlan və rahatlıqla qatlana bilən avtomobil pərdələrinə tələb böyükdür. Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir.

Ekspertlər isə sürücülərə xəbərdarlıq edir qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edənlər 150 manat cərimlənə bilər.

Qeyd edək ki, ölkəmizdə avtomobilin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin istifadəsinə noyabrın 15-dək icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253