AVTO

Azərbaycanda bu avtomobillərə səsə görə cərimə düşmür
24 APREL
428

Azərbaycanda bu avtomobillərə səsə görə cərimə düşmür

2018-04-24 18:50:00

Son zamanlar super idman avtomobillərinin mühərrik səsinin çox yüksək olması səbəbindən onların Azərbaycan Respublikasının müvafiq standartlarına uyğun olmadığı və sözügedən avtomobillərin ölkə yollarında sürüşünə süni manelər yaradıldığı barədə müxtəlif fikirlər yaranıbr. Son zamanlar super idman avtomobillərinin mühərrik səsinin çox yüksək olması səbəbindən onların Azərbaycanın müvafiq standartlarına uyğun olmadığı, və sözü gedən avtomobillərin ölkə yollarında sürüşünə süni manelər yaradıldığı barədə müxtəlif fikirlər yaranıb. Fins.az xəbər verir ki, bu mövzu ilə əlaqədar Avtosfer.az Azərbaycanda dünyanın ən məşhur idman avtomobilləri olan “Ferrari”, “Lamborghini” və “Aston Martin”in rəsmi və eksklüziv nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC-nin nümayəndələrinə müraciət edib. Şirkətin nümayəndəsi avtomobillərin birmənalı olaraq istehsal olunarkən ixrac olunacaqları bazarların tələblərinə uyğunlaşdırıldıqlarını və Azərbaycana da Avropa bazarları üçün nəzrədə tutulmuş və ən son standartlara cavab verən avtomobillərin idxal edildiyini bildirdi. Bundan başqa, şirkət müştərilərinin tam əminliyini təmin etmək üçün mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma İnstitutuna rəsmi məktubla müraciət edib. Məktuba cavab olaraq bildirilir ki, sözü gedən avtomobillər Azərbaycanda qüvvədə olan AZS ECE 051-2012 dövlət standartlarının tələblərinə uyğundur. 

Qeyd edək ki, Azərbaycan Respublikasında icazə verilən səs hədlərinin minimumu 75 dB (A) olduğu halda şirkətin satışa çıxardığı avtomobillərdə maksimal səs həddi 73.2 dB (A)-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253