AVTO

Azərbaycan daha bir minik avtomobili buraxacaq
24 APREL
552

Azərbaycan daha bir minik avtomobili buraxacaq

2018-04-24 17:58:00

“Azərmaş”Açıq Səhmdar Cəmiyyəti daha bir avtomobil markasını Azərbaycanda istehsal etməyi planlaşdırır. Söhbət “Ravon” avtomobillərindən gedir. Fins.az xəbər verir ki, bunu Tia.az-a açıqlamasında “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı Özbəkistan tərəfi ilə danışıqlar aparılır. Razılaşma əldə edildiyi təqdirdə “Ravon” avtomobilləri də Azərbaycanda yığılacaq. Avtomobil Hacıqabul Sənaye Məhəlləsində inşa olunacaq zavodda istehsal ediləcək. Zavodun inşası isə 2019-cu ilin ortalarında başa çatacaq.

Qeyd edək ki, “Azərmaş” şirkəti Neftçala Avtomobi Zavodunda “Xəzər” avtomobillərinin istehsalına başlayıb. Bundan əlavə, “QAZ” markalı kiçiktonnajlı kommersiya avtomobilləri yığılması ilə bağlı  Rusiyanın “QAZ” Açıq Səhmdar ilə uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalayıb. Başqa sözlə, yeni zavodda həm “QAZ”, həm də “Ravon” avtomobillərinin istehsalı planlaşdırılır.

Xatırladaq ki, “Ravon” avtomobillərinin Azərbaycanda satışını da “Azərmaş” şirkəti həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277