AVTO

«Xəzər» maşınları üçün sifarişlər başlayıb – 2 İLLİK LİZİNQ
21 APREL
5617

«Xəzər» maşınları üçün sifarişlər başlayıb – 2 İLLİK LİZİNQ

2018-04-21 12:48:00
Neftçalada buraxılacaq avtomobillərə iki illik zəmanət veriləcək. Bu barədə Fins.az-a avtomobillərin istehsalçısı olan «AZERMAŞ» ASC- nin mətbuat xidmətindən bildirilib. Zavoddan xəbər verilib ki, burada istehsal olunacaq «Xəzər» avtomobillərinin satışına gələn aydan başlanacaq. Avtomobilləri Bakıda və regionlarda açılacaq satış mərkəzlərindən almaq olar. Bakıdakı satış mərkəzləri Badamdar qəsəbəsindəki Maşın Bazarında və Babək prospektində yerləşəcək.

«Xəzər» avtomobillərinin sərfəli lizinq  şərtləri ilə satışı planlaşdırılır, hələlik şərtlər tam açıqlanmır, amma zəmanət müddətini nəzərə aldıqda, böyük ehtimalla avtomobilin lizinq müddəti də 2 il ətrafında olacaq. Maşınların satış qiyməti 14-16 min manat arasında dəyişir.

Xatırladaq ki, bir qədər əvvəl prezident İlham Əliyev bildirmişdi ki, Neftçalada buraxılan avtomobillərin alıcılarından biri dövlət qurumları olmalıdır. Artıq bununla bağlı ilkin sifarişlər daxil olmağa başlayıb. İqtisadiyyat Nazirliyi və bir neçə rayonun icra hakimiyyəti «Xəzər» avtomobillərini almağa hazırlaşır.
Hələlik «Xəzər» avtomobilləri mexaniki sürət qutusu ilə buraxılır, avtomat sürət qutulu maşınların buraxılmasına isə ilin sonundan başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256