AVTO

Hansı avtomobillər daha çox alınır? - AÇIQLAMA
17 APREL
1471

Hansı avtomobillər daha çox alınır? - AÇIQLAMA

2018-04-17 12:10:00

Azərbaycanda avtomobillər tələbat dəyişib. Bunu Fins.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, 2015-ci ilin ortalarına qədər tələb daha çox yeni avtomobillərə idisə, bundan sonrakı dövrdə daha çox işlənmiş ikinci əl avtomobillərə tələbat artıb. Yəni, əvvəl yeni avtomobillərin satış səviyyəsi köhnə avtomobillərlə eyni idisə, indi köhnə avtomobillərin satışı daha çoxdur.

O bildirib ki, bu da qiymətlərlə bağlıdır. Belə ki, yeni avtomobillərin bahalaşması onların əlçatanlığını nisbətən azaldıb. 

Bundan əlavə, əvvəllər daha çox iri və orta həcmli avtomobillərə üstünlük verilirdisə, indi orta və kiçik ölçülü avtomobillərə maraq böyükdür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254