AVTO

Bakıya bu avtomobil ŞOK qiymətə gətirilir - FOTO
17 APREL
1638

Bakıya bu avtomobil ŞOK qiymətə gətirilir - FOTO

2018-04-17 10:38:00

Bakıda Mercedes-Benz G63 AMG-nin 2018-ci il buraxılışı üçün sifarişlər götürülür. Fins.az Avtosfer.az-a istinadən xəbər verir ki, bunun üçün facebook səhifəsi yaradılaraq elan verilib. 585 at gücünə malik bu avtomobillərin sifarişlə hazırlandığı və 6 ay müddətinə Bakıya çatdırılacağı vədi verilir. Avtomobilin qiyməti nə az, nə çox 142 min avrodur ki, bu qiymətə də gömrük xərcləri daxil deyil. Gömrük rüsumunun 60-65 min manat olduğu qeyd edilir. Beləliklə, avtomobil Bakıya təxminən 360-365 min manata gəlib çıxır. Qeyd edək ki, maşının mühərriki 4.0 l həcmdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255